"ABŞ İraq və Suriyada SEPAH qüvvələrinə zərbə endirməyib"

 16:31 05.02.2024     231

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) ABŞ Hərbi Hava Qüvvələrinin Suriya və İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərinə zərbələr endirməyi barədə bəyanatları yalandır. 

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Kənani həftəlik mətbuat konfransında deyib: "Amerikanın ittihamları yalandır və o, BMT Nizamnaməsini və region ölkələrinin ərazi bütövlüyünü pozan hərəkətlərinə haqq qazandırmaq üçün bundan istifadə edə bilməz".

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İran ABŞ-ın İraq və Suriyaya zərbələrini kəskin şəkildə pisləyir və bunu regionda gərginliyin artmasına səbəb olacaq strateji səhv hesab edir.

CENTCOM-un məlumatına görə, fevralın 3-nə keçən gecə Amerika aviasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Əl-Qüds qüvvələrinin və əlaqəli qrupların İraq və Suriyanın bir sıra sərhəd bölgələrindəki mövqelərinə silsilə hücumlar nəticəsində 85-dən çox hədəfi vurub. Zərbələr Qərb koalisiyasının Suriya-İordaniya sərhədindəki Tanf bölgəsindəki hərbi bazasına hücuma cavab olaraq həyata keçirilib və nəticədə 3 amerikalı hərbçi həlak olub, 40 nəfər yaralanıb. ABŞ və NATO bunda Tehranın dəstəklədiyinə inandıqları silahlı şiə qruplarını günahlandırıb.

NƏRGİZ