Portuqaliyalı nazirlər dəstək üçün Kiyevə gəlib
Portuqaliyanın xarici işlər naziri Joao Gomes Kravinyo və təhsil naziri Joao Costa Kiyevə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Portuqaliya Xarici İşlər Nazirliyinin “Twitter”dəki mesajına istinadən məlumat yayıb.
"Xarici İşlər Nazirliyinin rəhbəri və təhsil naziri Kiyevə yeni gəliblər. İki günlük səfərin gündəliyi müharibə və Ukraynanın bərpasıdır", - açıqlamada deyilir.
Öz növbəsində Kravinyo yenidən Kiyevdə olmaqdan çox şad olduğunu bildirib.
"Bu dəfə həmkarım təhsil naziri Joao Kosta ilə birlikdə Ukraynanın bərpasına dəstəyimizi bir daha bəyan etmək üçün" - o deyib.
Qeyd edək ki, ötən ilin martında Ukrayna Portuqaliyadan 3 "Leopard 2A6" tankları alıb.
Artıq aprel ayında Portuqaliya Ukraynaya beş xilasedici və tibbi zirehli maşın tədarük etdiyini açıqlamışdı.
Bundan əlavə, Portuqaliyalı pilotsuz təyyarə istehsalçısı “Tekever” quru və dəniz əməliyyatlarını dəstəkləmək üçün Ukraynaya özünün bəzi uzunmüddətli sistemlərini təqdim etməyə hazır olduğunu açıqlayıb.
Turan İSMAYIL