İrəvanda dağıntılar altından iki cəsəd çıxarıldı
Ermənistanın paytaxtı İrəvanda partlayış olub.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Erebuni bölgəsində qeydə alınıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sözlərinə görə, dağıntılar altından bir qadın və kişinin cəsədi çıxarılıb.
Dağıntılar altından çıxarılan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Partlayış nəticəsində 4 ev dağılıb. Hadisənin səbəbi hələ ki, açıqlanmayıb.