Macarıstan parlamentində İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə baş tutmadı

 17:42 05.02.2024     223

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Şandor Lejak məlumat verib.

Onun sözlərinə görə, Macarıstan parlamentinin növbədənkənar iclasında kvorum təmin olmayıb.

Parlamentdə mandatların əksəriyyətinə malik olan, hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib. Parlamentin iclasında 199 deputatdan cəmi 51-i iştirak edib.