Ukraynalı nazir istefa VERDİ

 20:17 05.02.2024     244

Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa məktubu yazıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.

"Ali Rada Yuliya Laputinadan Ukraynanın veteranların işləri üzrə naziri vəzifəsindən istefa verməsi ilə bağlı bəyanat alıb", - o, Facebook səhifəsində yazıb.

Stefançukun sözlərinə görə, nazirin istefası məsələsinə parlamentin növbəti plenar iclasında baxılacaq. 

Laputina 2020-ci ilin dekabrından nazirliyə rəhbərlik edir.

Yusif EYVAZLI