Netanyahu dəstəyə görə Fransaya təşəkkür etdi

 20:56 05.02.2024     252

İsrail Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsində göstərdiyi dəstəyə görə Fransaya minnətdardır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinə səfərə gələn Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejournetə bildirib.

“Fransanın ilk gündən barbarlığa qarşı göstərdiyi güclü və ardıcıl dəstəyə və Beynəlxalq Ədalət Məhkəməsi məsələsində mövqeyinizə və İsrailə qarşı Qəzza zolağında soyqırım törətməkdə gülünc ittihamlara görə sizə təşəkkür etmək istəyirəm” - deyən Netanyahu açıqlamaları hökumət başçısının ofisi tərəfindən yayılıb.

O, həmçinin Parisə "tibbi humanitar yardım göstərmək səylərinə görə" təşəkkürünü bildirib. "Və, əlbəttə ki, Livan məsələsində aramızda əməkdaşlıq üçün. Hələ müzakirə edəcəyimiz çox şey var", - deyə İsrailin Baş naziri əlavə edib.

Qeyd edək ki, 29 dekabr 2023-cü ildə Cənubi Afrika Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldıraraq “Fələstin əhalisini soyqırım konvensiyasına uyğun olaraq hüquqlarının daha ciddi və düzəlməz şəkildə pozulmasından qorumaq” və İsrailin konvensiya üzrə öhdəliklərə əməl olunmasını təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsini xahiş edib. Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, Qəzzada soyqırımın qarşısını almaq üçün yəhudi dövləti bütün lazımi tədbirləri görməlidir. Cənubi Afrikanın İsrailə qarşı iddiasının mahiyyətinin məhkəmədə bir neçə il çəkəcəyi gözlənilir.

T.İSMAYIL