Zalujnı səfir vəzifəsinə gedir
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Böyük Britaniyada səfir vəzifəsinə razı olduğu bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yevgeni Şevçenko danışıb.
“Məndə olan məlumata görə, Zalujni Böyük Britaniyadakı səfir vəzifəsinə razılaşıb.
Çox güman ki, ora gedəcək və biz bilirik ki, səfir göndərilən adamlar üçün bu, siyasi təqaüddür, heç kim geri qayıtmayıb, Ukraynada belə ənənə yaranıb”, - Şevçenko bildirib.
Son günlər prezident Vladimir Zelenskinin Zalujnını işdən çıxaracağı ilə bağlı intensiv xəbərlər yayılıb. Ukrayna prezidenti son müsahibəsində belə niyyətini etiraf edib.