500-dən çox sərnişin Soçiyə uçuş gözləyir

 09:57 06.02.2024     184

Novosibirsk, Barnaul və Tomsk hava limanlarında 500-dən çox sərnişin Soçiyə uçuş gözləyir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“Bu gün əlverişsiz hava şəraiti və Soçidən təyyarələrin gec enməsi ilə əlaqədar Tomsk, Barnaul və Novosibirsk beynəlxalq hava limanlarında “North Wind” və “İkar” aviaşirkətlərinin Soçiyə reyslərində ləngimələr elan edilib. Onlardan 31-i uşaq olmaqla 500-dən çox sərnişin təyyarələrin təyinat yerinə yola düşməsini gözləyirlər”, - məlumatda deyilir.

Departament qeyd edib ki, Barnaul, Novosibirsk və Tomsk nəqliyyat prokurorluqları aviasiya xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üçün nəzarət tədbirləri həyata keçirir.

Humay İSGƏNDƏRLİ