Uşağı evdə müalicə etdi - Xəstəxanalıq oldu

 11:58 06.02.2024     200

Moskvada bir il yarımlıq uşaq evdə müalicənin düzgün təşkil olunmaması səbəbindən xəstəxanaya yerləşdirilib.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.

Qadın uşağın bədənində göbək nahiyəsində iltihab görüb və bu nahiyəni kalium permanganatla müalicə etmək qərarına gəlib. Cahilliyindən o, maddəni suda seyreltməyib və kristallar şəklində səpilər ortaya çıxıb. Bir müddət sonra uşaq ağrıdan şikayət edib.

Ana uşağın bədənindən bütün kalium permanqanat kristallarını çıxara bilməyib və o, xəstəxanaya yerləşdirilməli olub. Xəstəxanada uşağa II-III dərəcəli yanıq diaqnozu qoyulub.

NƏRGİZ