Moskvanın ən böyük ticarət mərkəzlərinin birində YANĞIN

 12:05 06.02.2024     222

Moskvanın cənubundakı Danilovski rayonunda yerləşən "Riviera" ticarət və əyləncə mərkəzində baş verən yanğın söndürülüb.

Redaktor.az bu barədə "lenta.ru"ya mərkəzin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, müəssisə əvvəlki qaydada fəaliyyətini davam etdirir, insanların həyat və sağlamlığına heç bir təhlükə yoxdur.

Yanğın fevralın 6-da səhər saatlarında baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın üzlüyü və elektrik kabeli yanıb. Yanğınsöndürənlər yanğını xəbər daxil olduğu andan yarım saat ərzində söndürüblər.

NƏRGİZ