Sevgisiz qaldığı üçün anasını qarət etdi - Qəribə OLAY
Hindistanda qadın anasının evini qarət edib və bunu sevgi, nəvaziş görməməsi, kiçik bacısını qısqandığı üçün etdiyini bildirib.
Redaktor.az bu barədə “Hindustan Times”a istinadən xəbər verir.
Dehli sakini polisə müraciət edib. O, bildirib ki, burka geyinmiş adam onun evinə girərək qızıl və gümüş zinət əşyaları, həmçinin 25 min rupi oğurlayıb. Oğurluq hadisəsi günorta saat iki radələrində baş verib.
Polis araşdırma zamanı zorla içəri girmə əlaməti tapmayıb və cinayətkarın qapını açarla açdığı qənaətinə gəlib. Müşahidə kameralarının qeydləri öyrənildikdən sonra zərərçəkənin böyük qızı oğurluqda şübhəli bilinib.
31 yaşlı qadın saxlanılıb. O, anasına köçməyə hazırlaşmağa kömək edən zaman onun evinin açarlarını oğurladığını etiraf edib.
Daha sonra səbəbkar hərəkətini anasının kiçik bacısını daha çox sevməsi ilə izah edib. Maddi çətinliklərlə birləşən qısqanclıq hissi onu cinayətə sövq edib.
Oğurlanan qızıl-zinət əşyalarının çoxu əslində bacıya məxsus olub. Şübhəli şəxs daha sonra peşman olduğunu bildirib.
NƏRGİZ