Köçəryanın oğlunun başı dərddə - zorakılıqda ittiham olunur

 12:46 06.02.2024     315

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levonun işi məhkəməyə göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə Levon Köçəryanın özü məlumat verib. O, bu gün cinayət işi çərçivəsində Sergey Asaturovla birlikdə İstintaq Komitəsinə çağırılıb.

Onun sözlərinə görə, Asaturov da onunla eyni maddə ilə ittiham olunub. CM-nin 452-ci maddəsi ilə Asaturova getməmək barədə yazılı öhdəlik götürülüb.

Levon Köçəryan xatırladıb ki, ittiham onun etiraz aksiyaları zamanı saxlanması ilə bağlıdır. Köçəryan həbs edilib və sonra deputat mandatı aldığı üçün sərbəst buraxılıb.

 “Lakin iş tam absurd olmasına baxmayaraq bağlanmadı. Dünən mən və Sergey Asaturov istintaqın yekunlaşması ilə bağlı çağırıldıq. Anlaşılmaz olaraq, Asaturova eyni maddə ilə ittiham irəli sürülüb, səbəbi bəlli deyil. Dindirmə yenidən baş tutdu və məlum oldu ki, istintaq “hadisə”nin təsvirinin müəyyən hissəsini dəyişib. İndi iş məhkəməyə göndəriləcək”, - deyə Köçəryan bildirib. O, hansı hissənin dəyişdirildiyi ilə bağlı təfərrüatları açıqlamayıb, iş məhkəməyə gedəndə bunu edəcəyinə söz verib.

Bütün iş onu güc tətbiq etməkdə ittiham edən iki polis əməkdaşının ifadəsinə əsaslanır, halbuki bunu təsdiqləyən heç bir fakt - heç bir videomaterial, məhkəmə-tibbi ekspertizanın rəyi və ya başqa heç bir şey yoxdur.

Qeyd edək ki, Levon Köçəryan hökumət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

NƏRGİZ