Husilər Britaniya və Amerika gəmilərinə yenidən hücum etdi
Yəmənin "Ənsar Allah" şiə qiyamçı qruplaşması Qırmızı dənizdə Britaniya və Amerika ticarət gəmilərinə yenidən hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya X sosial şəbəkəsində məlumat verib.
“Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə gəmi əleyhinə raketlərlə iki hərbi əməliyyat keçirib, birincisi Amerikanın “Nasia Star” gəmisinə, digəri isə Britaniyanın “Morning Tide” gəmisinə yönəlib, hədəfləri birbaşa zərbə ilə vurmağı bacarıb", - o yazıb.
Bundan əvvəl Kral Donanmasının Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat vermişdi ki, "Ənsar Allah" Yəmənin Hudeyda limanından 105 kilometr qərbdə ticarət gəmisinə hücum edib. İdarədən verilən məlumata görə, gəmiyə ciddi ziyan dəyməyib və tələfat yoxdur.
NƏRGİZ