Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin etdi

 15:34 06.02.2024     261

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aibek Dadebayevi prezident administrasiyasının rəhbəri təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Aibek Arkabaeviç Dadebayev Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib, o, əvvəllər tutduğu vəzifədən azad edilib”, - məlumatda deyilir.

43 yaşlı Dadebayev təyin olunana qədər Qazaxıstan prezidentinin işləri üzrə menecer vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda Prezident Administrasiyası rəhbərinin müavini və Prezident Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

Prezident administrasiyasının rəhbəri kimi Dadebayev fevralın 6-da Qazaxıstanın baş naziri təyin edilmiş Oljas Bektenovu əvəzləyib.

Turan İSMAYIL