Paşinyan ABŞ səfiri ilə Azərbaycanla sülh prosesini müzakirə etdi

 15:53 06.02.2024     310

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ səfiri Kristina Kuin ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.

Baş nazir iki ölkə arasında əlaqələrin inkişafının vacibliyini qeyd edib və Ermənistanda demokratik islahatların həyata keçirilməsində ABŞ-nin rolunu vurğulayıb.

Paşinyan həmçinin bildirib ki, İrəvan ABŞ-nin Ermənistan-Azərbaycan sülh prosesi çərçivəsində səylərini və regionda sabitliyin bərqərar olunması istiqamətində atdığı addımları yüksək qiymətləndirir.

Həmsöhbətlər müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinə və Ermənistan-ABŞ strateji dialoqu ilə bağlı məsələlərə toxunublar.

Görüşdə Cənubi Qafqazda gedən proseslər, regional kommunikasiyaların qarşısının alınması imkanları, Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Turan İSMAYIL