İstanbulda məhkəmə binasına terror hücumunun qarşısı alındı - YENİLƏNİB
İstanbulda məhkəməyə hücum zamanı yaralanan şəxslərdən biri vəfat edib.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Kahramanmaraşa səfəri çərçivəsində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
***
İstanbulda Çağlayan rayon məhkəməsinin girişindəki təhlükəsizlik postuna silahlı hücum edilib.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial media hesabında yazıb.
Hadisə yerli vaxtla saat 11:46-da baş verib. Hücum edən şəxslərin hər ikisi - bir kişi və bir qadın öldürülüb. Hadisə nəticəsində, həmçinin üçü polis olmaqla, altı nəfər yaralanıb.
Ali Yerlikaya hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduğunu bildirib.