İqor Krutoy ABŞ-a niyə getdi?
Rusiyalı bəstəkar və prodüser İqor Krutoyun ABŞ-a getməsinin səbəbi məlum olub.
Redaktor.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.
Qeyd olunur ki, sənətçi son vaxtlar Amerikada yaşayan və praktiki olaraq Rusiyaya uçmayan anasının 90 illik yubileyini qeyd etmək üçün gedib. Valideynindən əlavə, ABŞ-da Krutoy qızı Alexandra və bəstəkar kimi Mayamidə daşınmaz əmlaka sahib olan bacısı Alla ilə görüşüb.
NƏRGİZ