İstanbuldakı terror hücumuna görə 34 nəfər saxlanıldı

 18:19 06.02.2024     259

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananların vəziyyəti stabildir, onların müalicəsi xəstəxanada davam edir.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O, həmçinin terror aktı ilə bağlı cinayət işinin başlandığını, hazırda iş üzrə 34 nəfərin saxlanıldığını da vurğulayıb.