İki universitetdə qızılcaya görə karantin elan olundu

 18:42 06.02.2024     262

Rusiya Xalqlar Dostluğu Universitetində (RUDN Universiteti) və Rusiya Dövlət Universitetində (RDU) karantin elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, buna səbəb hər iki ali təhsil ocağında qızılcaya yoluxma halının qeydə alınmasıdır.

"Əksər tələbə və müəllimlərin peyvəndləri olmadığı üçün belə tədbirlər görülüb. Hazırda iki universitet məzuniyyətdədir, lakin onlar başa çatdıqdan sonra ən azı fevralın 8-dək distant formatda keçirilməsi planlaşdırılır", - məlumatda qeyd olunub.