Rusiya onu beynəlxalq axtarışa VERDİ

 19:25 06.02.2024     276

Rusiya müstəntiqləri postsovet Rusiyanın ilk bankirlərindən biri Aleksandr Konanıxini terrorizmə çağırışlarda qiyabi ittiham edərək beynəlxalq axtarışa veriblər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli Hüquq-mühafizə orqanları məlumat verib.

“İstintaq Aleksandr Pavloviç Konanıxini qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsində (terrorçuluğa açıq çağırışlar) nəzərdə tutulan cinayəti törətməkdə ittiham edib.Təqsirləndirilən şəxs xaricdə istintaqdan gizləndiyinə görə əvvəlcə dövlətlərarası, sonra isə beynəlxalq axtarışa verilib”, - məlumatda deyilir.

Yusif EYVAZLI