Mərkəzi Amerikada güclü zəlzələ oldu

 21:23 06.02.2024     318

Mərkəzi Amerikada Salvador sahillərində güclü zəlzələ baş verib.

Redaktor.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların gücü 5,5 bala çatıb.

Zəlzələnin episentri Santa-Tekla şəhərindən 79 kilometr cənub-qərbdə yerləşib.

Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.