Qasırğa səbəbindən yüz minlərlə rusiyalı işıqsız qaldı
Dağıstanın 200 mindən çox sakini işıqsız qalıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, qasırğa səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Təbiətin tüğyan etməsi Respublikanın Buynak, Kasumkent, Serqokalinski, Tlyaratinski, Axtınski, Maqaramkentski, Daxadayevski, Karabudaxkentski, Qunibski, Levaşinski, Akuşinski, Qergebilski və Dərbənd rayonları ilə yanaşı, Makxala rayonlarının 258 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilələr yaradıb.
Pis hava şəraitinin fəsadlarını aradan qaldırmaq üçün 70-ə yaxın qrup göndərilib.
Yusif EYVAZLI