Ermənistan ordusunun hərbçisi yanğında öldü

 22:31 06.02.2024     258

Fevralın 6-da saat 13:20 radələrində döyüş mövqeyinə bitişik evdə baş vermiş yanğın nəticəsində N saylı hərbi hissənin ehtiyatda olan hərbçisi, 1985-ci il təvəllüdlü Qriqoryan Artur Varujanoviç həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Yanğın söndürülüb. Digər itkilər barədə məlumat yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən