Keçmiş mer deputat olmaq istəyir

 12:00 07.02.2024     181

Ermənistanın paytaxtı İrəvanın keçmiş meri, “Milli Tərəqqi” Partiyasının rəhbəri Hayk Marutyan 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyd edək ki, Marutyan mer olduğu dönəmdə baş nazir Nikol Paşinyanın tərəfdarı olub. Sonradan siyasi partiya yaradaraq müxalifətə keçib.

Xatırladaq ki, Ermənistanda 2 il sonra parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.