Pakistanda ard-arda iki partlayış - 28 nəfər öldü

 14:31 07.02.2024     163

Pakistanın Bəlucistan vilayətində 2 partlayış baş verib.

Redaktor.az ölkənin yerli “Geo TV” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər həlak olub, 40-dan çox şəxs isə yaralanıb. 

Məlumata görə, partlayış Pakistan parlamentinin aşağı palatasına keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərin ofislərinin yaxınlığında qeydə alınıb. 

Qeyd edək ki, Pakistanda seçkilər fevralın 8-i təşkil ediləcək.