Paşinyan 4-cü respublika məsələsinə aydınlıq gətirdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün 4-cü respublika haqqında danışarkən nəyi nəzərdə tutduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, Paşinyan parlamentdəki çıxışı zamanı deyib:
“Daxili mənada mən xalqın qəbul etdiyi və hamının tanıdığı, əksəriyyətin səs verdiyi qəbul edilmiş yeni Konstitusiyanı nəzərdə tuturam”.
Paşinyanın sözlərinə görə, onların hakimiyyəti dövründə Ermənistanda seçki saxtakarlığı olmayıb.
"Düzünü desəm, əgər bizim hökumətin tabeliyində olan kimsə seçkiləri saxtalaşdırmaq fikrinə düşsə, mən tam əminəm ki, belə bir şey etmək qərarına gəlsək, bunu edə bilməyəcəyik. Mən, həqiqətən, doğru deyirəm və bunun nə qədər gülməli olduğunu bilmirəm”, - baş nazir vurğulayıb.
O bildirib ki, rebrendinqdən (yeniləmədən) danışanda ağlına 4-cü Respublika gəlir.
“Bizim masaya qoya biləcəyimiz bir paketimiz yoxdur: Konstitusiyaya dəyişiklik təklif edirik və bu pis deyil, yaxşıdır. Çünki düşünürəm ki, cəmiyyət arasında bunun nə ilə bağlı olduğu barədə müzakirələr aparılmalıdır. Hesab edirəm ki, bunun edilməli olduğu barədə şüurun yaradılması vacibdir”, - Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Konstitusiyanı istər indiki hakimiyyətə, istərsə də hazırkı liderə uyğunlaşdırmağa cəhd edən ənənə var, amma məhz onların belə niyyətləri yoxdur.
"Bu, sadəcə olaraq lazım deyil", - deyib.