Rusiyada bir gündə beş zəlzələ baş verdi

 08:56 08.02.2024     235

Son 24 saat ərzində Kamçatka sahillərində maqnitudası 3,6-5 bal arasında dəyişən beş zəlzələ baş verib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

3,6 və 3,7 bal gücündə təkanlar Kamçatkanın şərq sahillərində Petropavlovka-Kamçatskidən 148 və 142 kilometr aralıda qeydə alınıb. 

Kamçatka ərazisindəki Komandir adaları yaxınlığında daha üç zəlzələ baş verib. Onların maqnitudası 4,6 ilə 5,0 arasında dəyişib. Zəlzələnin baş verdiyi yerdən ən yaxın məskunlaşan əraziyə qədər olan məsafə 35-50 kilometrdir.

Humay İSGƏNDƏRLİ