Prezident parlamentdə islahatlar paketinə baxmaqdan imtina etdi
Argentina Prezidenti Xavyer Miley uğursuz səsvermədən sonra hökumətinin islahatlar paketi layihəsinə parlamentdə baxılmasını davam etdirməmək qərarına gəlib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Deputatlar Palatasında “Azadlıq gəlir” hökumət alyansının rəhbəri Oskar Saqo bəyan edib.
"Qanun layihəsinə daha Konqresə göndərildiyi formada baxılmayacaq. Miley deputatlara komissiyada müzakirələrin davam etdirilməsinə göstəriş verməmək qərarına gəlib", - deyə deputat bildirib.
Onun sözlərinə görə, prezident qanun layihəsinin daha da dəyişdirilməsinin mənasını görmür.
Humay İSGƏNDƏRLİ