Seçki məntəqəsinin atəşə tutulması zamanı bir polis həlak oldu
Pakistanda seçki məntəqəsinin əməkdaşlarına atəş açılıb, nəticədə bir polis ölüb.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
Hadisə Xayber-Paxtunxva əyalətinin Tank rayonunda baş verib. Orada səsvermə dayandırılıb.
Bundan əvvəl Pakistanın Daxili İşlər Nazirliyi Milli Assambleyaya (parlamentin aşağı palatası) davam edən seçkilərlə əlaqədar bütün ölkə ərazisində mobil rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə göstəriş verib. Bu qərar ölkədə son vaxtlar artan terror fəaliyyəti fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.
Humay İSGƏNDƏRLİ