Rusiyada prezident seçkilərində 4 namizəd mübarizə aparacaq
Rusiya prezidenti vəzifəsi uğrunda dörd namizəd mübarizə aparacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
MSK-nın bu gün keçirilən iclasında çıxış edən sədr martın-15-dən 17-dək keçiriləcək Rusiya Federasiyası Prezidenti seçkilərində seçki bülletenlərində dörd namizədin adının olacağını söyləyib.
Bunlar Rusiya MSK tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi təsdiqlənmiş hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski, Kommunist Partiyasından Nikolay Xaritonov və "Yeni insanlar" partiyasından Vladislav Davankovdur.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası müxalif "Vətəndaş Təşəbbüsü" partiyasından Boris Nadejdini və "Rusiya Kommunistləri"nin namizədi Aleksey Malenkoviçi prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib. Buna onları dəstəkləmək üçün toplanılan imzaların 10 faizdən çoxunun etibarsız olması səbəb olub. Nadejdin MSK-nın müvafiq qərarı ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini açıqlayıb.