Rusiyanın bu şəhərində raket xəbərdarlığı elan edildi

 18:32 08.02.2024     228

Rusiyanın Belqorod şəhəri və Belqorod vilayətində raket xəbərdarlığı sirenası yenidən işə salınıb.

Redaktor.az TASS-a istinadn xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti məlumat yayıb.

"Diqqət! Belqorod şəhəri və Belqorod vilayəti. Raket təhlükəsi. Mümkünsə evdə qalın. Pəncərələrə yaxın getməyin", - xəbərdarlıqda deyilir.

Turan İSMAYIL