ABŞ, Avstraliya və Yaponiya Cənubi Çin dənizində hərbi təlimlər keçdi
ABŞ, Avstraliya və Yaponiyanın hərbi gəmiləri Cənubi Çin dənizində birgə təlimlərdə iştirak edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Onun məlumatına görə, manevrlərdə ABŞ-ın "Con Finn" esminesi və "Qabrielle Giffords" döyüş gəmisi iştirak edib. Agentlik ABŞ Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli rəsmisindən sitat gətirib: “Bu dövlətlərarası dəniz təlimi Yaponiya və Avstraliya müttəfiqləri ilə əlaqələrimizi gücləndirir".
O qeyd edib ki, Vaşinqton, Tokio və Kanberra “regionda qanunun aliliyi, naviqasiya azadlığı və təhlükəsizliyin tərəfdarıdır”.
Agentlik təlimlərin Çinin iddia etdiyi adalar yaxınlığında keçirilib-keçirilmədiyini dəqiqləşdirmir.
Çin onilliklərdir ki, Cənubi Çin dənizindəki şelfində əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilmiş bir sıra adaların ərazi mülkiyyəti ilə bağlı regionun bir neçə ölkəsi ilə mübahisə edir.
Turan İSMAYIL