İsrail ordusu Livana zərbələr endirdi
İsrail hərbçiləri ölkənin şimalındakı sərhəd bölgələrini Livan ərazisindən atəşə tutduğunu qeydə alıb və cavab zərbələri endirib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Metula və Hermon dağına doğru çoxsaylı atışlar qeydə alındıqdan sonra İsrail Müdafiə Qüvvələrinin artilleriyası atəş mənbələrinə zərbələr endirib”.
Bundan əlavə, hərbçilər Livan tərəfdən sərhəddəki Kiryat Şmona şəhəri istiqamətində mərmi atdığını qeydə alıb və həmçinin artilleriya ilə cavab veriblər.
“Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Kafr Killa və Teir Harfa bölgələrində “Hizbullah” terror təşkilatının istifadə etdiyi hərbi komplekslərə hücum edib”, - deyə mətbuat xidməti məlumat yayıb.
Turan İSMAYIL