Bayden İordaniya kralı ilə İsrail-Fələstin münaqişəni müzakirə edəcək
ABŞ Prezidenti Co Bayden fevralın 12-də Ağ Evdə İordaniya kralı II Abdullah ilə gərginləşən Fələstin-İsrail münaqişəsini müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah rəisinin mətbuat katibi Karine Jan-Pyer yazılı açıqlamasında bildirib.
“Prezident və birinci xanım Cil Bayden İordaniya Kralı Əlahəzrət II Abdullahı və İordaniya Kraliçası Əlahəzrət Ranianı 12 fevral 2024-cü ildə Ağ Evdə qarşılamağı səbirsizliklə gözləyirlər. Prezident Bayden və Kral II Abdullah Qəzzadakı mövcud vəziyyəti və böhrana son qoymaq səylərini də müzakirə edəcəklər. Bu məqsədlə iki lider ABŞ-ın Fələstin xalqını dəstəkləmək səylərini, o cümlədən Qəzzaya humanitar yardımın genişləndirilməsini və İsrail üçün təhlükəsizlik zəmanəti ilə münaqişənin iki dövlətli həllini ehtiva edən davamlı sülh vizyonunu nəzərdən keçirəcəklər”, - Jan- Pyer bildirib.
Turan İSMAYIL