Gürcü deputat prezidenti casusluqda ittiham etdi

 19:24 08.02.2024     304

Deputat Sozar Subari Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini ölkəyə qarşı düşmənçilikdə ittiham edib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

“Salome Zurabişvilinin çıxışı ölkəyə qarşı düşmən çıxışı idi. Bu, Gürcüstan prezidentinin çıxışı deyildi, xarici agentin çıxışı idi. Bir ölkənin prezidenti şüurlu şəkildə və dəfələrlə Gürcüstan Konstitusiyasını pozursa, bu, ölkəyə qarşı düşmənçilikdir. Hansısa ölkənin prezidenti xaricə səfər edəndə və ya Gürcüstanda əcnəbi həmkarları ilə görüşündə birbaşa Gürcüstanın Avropa İttifaqına üzv olmağa və namizəd statusu almağa layiq olmadığını deyəndə, bu, düşmənçilikdir”, - deyə siyasətçi bildirib.

Yusif EYVAZLI