Hindistan Rusiya neftini çıxarmaq İSTƏYİR
Hindistanın bəzi şirkətləri Rusiyada neft hasilatı aktivlərini əldə etmək istəyir.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin neft və təbii qaz naziri Hardeep Singh Puri bildirib.
Onun sözlərinə görə, hazırda ölkələrlə bağlı bir çox enerji layihələri müzakirə olunur. Xüsusilə Rusiya Hindistanda neft emalı sahəsində iştirakını genişləndirməkdə maraqlıdır. Hindistanın Rusiyadan enerji tədarükünü ödəməkdə heç bir problemi yoxdur və onlar yaranarsa, həll olunacaq.
Yusif EYVAZLI