Rəsmi Vaşinqtondan Zalujnının işdən çıxarılmasına REAKSİYA

 22:49 08.02.2024     297

ABŞ administrasiyası Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edilməsini Kiyevin suveren qərarı hesab edir və baş verənləri ictimaiyyətə qiymətləndirmək niyyətində deyil.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

“Söhbət Ukrayna hökumətinin suveren qərarından gedir" - deyə  amerikalı diplomat Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Zalujnının işdən çıxarmasına münasibət bildirərkən qeyd edib.

Turan İSMAYIL