ABŞ Ukrayna ordusunun istənilən baş komandanı ilə işləməyə hazırdır - Ağ Ev
ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının işdən çıxarılmasına münasibət bildirərkən bəyanat verib.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Zalujnını vəzifəsindən azad edib. Onun yerinə Aleksandr Sırski təyin edilib. Sırski bundan əvvəl Ukrayna quru qoşunlarının komandanı olub.
Turan İSMAYIL