İran XİN ABŞ-nin Bağdada hücumunu terror adlandırdı
ABŞ-nin Bağdadın şərq rayonlarına endirdiyi hərbi zərbə beynəlxalq təhlükəsizliyə təhdid yaradan terror aktıdır.
Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
Diplomat vurğulayıb ki, Tehran Amerika hökumətinin İraq ərazisində törətdiyi və müqavimət qüvvələrinin bir neçə nümayəndəsinin, o cümlədən İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan Əbu Bəkir əl-Səidinin ölümü ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir.
Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri İraqın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır, beynəlxalq təhlükəsizliyə və regional sabitliyə təhdiddir.