Xameneinin "Instagram" və "Facebook" hesabları silindi
"Meta" şirkəti İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin sosial media hesablarını silib.
Redaktor.az AFP-yə istinadən xəbər verir ki, Xameneinin "Facebook" və "Instagram" hesabları silinib.
“Meta” bildirib ki, hesablar şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini pozduğuna görə silinib.
Xameneinin "Instagram"da 5 milyon izləyicisi olub.