"Vurulan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb" - RƏSMİ AÇIQLAMA

 12:01 09.02.2024     414

Yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, bu barədə yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu qeyd edilib. Rusiya Prezidenti Vladimir Putin təyyarənin ABŞ-nin “Patriot” raketləri ilə vurulduğunu bildirib.