"Kiyevə əlavə silah və yardım göndərmək üçün vəsaitimiz tükənir" - ABŞ generalı

 13:54 09.02.2024     382

ABŞ-nin Kiyevə əlavə silah və yardım göndərmək üçün vəsaiti tükənir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Milli Qvardiyasının rəhbəri general Den Hokanson deyib.

Onun sözlərinə görə, maliyyə çatışmazlığı var: “ABŞ Rusiyanın amansız bombardmanlarına baxmayaraq, Ukraynaya yeni silah partiyaları göndərə bilməyib”.

Buna baxmayaraq, general söyləyib ki, Milli Qvardiyanın ukraynalı pilotların F-16 qırıcıları ilə təlimlərini davam etdirmək üçün kifayət qədər pulu var:

“Artıq başlayan təlimi davam etdirmək və bu il ilkin tranşını başa çatdırmaq üçün resurslarımız var”.