Avropa Komissiyası Putindən müsahibə götürən amerkialı jurnalistə etiraz etdi
Amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsini Avropa Komissiyası izləyib və Rusiya liderinə “təbliğat yaymaq üçün platforma verildiyinə” təəssüflənir.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Nabila Massrali deyib.
"Biz müsahibədə yeni heç nə görmədik; o, bütün yalanları və manipulyasiyaları təkrarladı. Biz təəssüf edirik ki, Putinə təbliğat aparmaq üçün platforma verilib", - o deyib.
Qeyd edək ki, Putinin Karlsonla müsahibəsi iki saatdan çox çəkib və bu müddət ərzində Rusiya Prezidenti mütəmadi olaraq tarixi sənədlərə və sübutlara istinad edərək təxminən 60 suala cavab verib.
Amerikalı jurnalistin Rusiya Federasiyasının Prezidenti ilə apardığı müsahibənin dərci X-də yerləşdirildikdən sonra 12 saat ərzində 90 milyondan çox baxış toplayıb.
Turan İSMAYIL