Gürcüstanın yeni Baş naziri Nazirlər Kabinetinin üzvlərini təyin etdi
Fevralın 8-də parlamentin etimad göstərdiyi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yeni nazirlərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Gürcüstan parlamentinin plenar iclasında İrakli Kobaxidzeyə və hökumətin tərkibinə etimad ifadə edildikdən sonra Gürcüstanın baş naziri İrakli Kobaxidze nazirlərin vəzifələrə təyin edilməsi ilə bağlı sərəncam verib. Sərəncam verildiyi andan bütün nazirlər rəsmən öz işlərinə başlayıblar”, - məlumatda deyilir.
Yanvarın 29-da İrakli Qaribaşvili Gürcüstanın baş naziri postunu tərk etdiyini bəyan edib. O, 2021-ci ildən Kobaxidzenin rəhbərlik etdiyi hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini tutub. Kobaxidze fevralın 1-də partiyanın qurultayında baş nazirliyə namizəd kimi irəli sürülüb. Fevralın 8-də Gürcüstan parlamenti səs çoxluğu ilə Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Həmin gün Gürcüstan prezidenti Salome Zurabişvili Kobaxidzenin təyin edilməsi haqqında sərəncam imzalayıb. Hökumətin yeni tərkibində daha bir dəyişiklik var - parlament sədrinin müavini İrakli Çikovani müdafiə naziri postunda Xuanşer Burçuladzeni əvəzləyib.
Turan İSMAYIL