Malayziya Ali Məhkəməsi homoseksual əlaqələri, cinsi təcavüzü cinayət saymadı
Malayziyanın Ali Məhkəməsi Kelantan əyalətində 16 qanunu ölkə Konstitusiyasına zidd hesab edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” krallığın ali məhkəməsinin sədri Tengku Maimun Tuan Mat-a istinadən məlumat yayıb.
"Bu məsələlər federasiyanın yurisdiksiyasındadır; yalnız ölkə parlamenti bu sahələrdə qanunlar qəbul edə bilər" - o deyib. Hakim vurğulayıb ki, ştatın qanunverici orqanı öz səlahiyyətlərini aşıb və qərarın ölkədəki İslam və şəriət məhkəmələrinin vəziyyəti ilə heç bir əlaqəsi yoxdur.
Agentlik bildirir ki, homoseksual əlaqələr, qohumluq əlaqəsi, cinsi təcavüz, qumar oyunları və ibadət yerlərinin təhqir olunmasını cinayət hesab edən qaydalar konstitusiyaya zidd elan edilib.
"Reuters" vurğulayır ki, Malayziya iki səviyyəli hüquq sisteminə malikdir, burada şəriət qanunları müsəlmanların ailə və cinayət həyatını mülki qanunlarla birlikdə tənzimləyir.
Qeyd edək ki, Kelantan, əhalisinin 97%-nin müsəlman olduğu ölkənin şimal-şərq əyalətidir.
Turan İSMAYIL