Bolqar fermerlər səlahiyyətlilərlə razılığa gəldilər
Bolqarıstanlı fermerlər Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalı və bəzi digər amillərlə bağlı maliyyə itkilərinin ödənilməsinin məbləği barədə hakimiyyət orqanları ilə razılığa gəliblər.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikolay Denkov bildirib.
Onun sözlərinə görə, ölkə boyu dörd gündür davam edən fermer etirazları dayandırılacaq.
"Biz daha bir mahiyyətli görüş keçirdik, inanırıq ki, əsas mövqelər üzrə razılıq əldə olunub. Bazar günü sazişin mətni yekunlaşdırılacaq, bazar ertəsi isə imzalanacaq", - baş nazir Nikolay Denkov yekun brifinqdə deyib.
Fermerlərin nümayəndələri əldə olunan razılaşmaları təsdiqləyiblər.
Yusif EYVAZLI