Bu ölkə turistlər üçün viza rejimini ləğv etdi

 21:47 09.02.2024     301

Malavi Respublikası Rusiya, ABŞ və Fransa da daxil olmaqla 79 ölkənin vətəndaşları üçün viza tələblərinin ləğv edildiyini açıqlayıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Agence France-Presse  (AFP) məlumat yayıb.

Malavi prezidenti Lazarus Çakvera deyib ki, turizm sektoru tütün və çay ixracından sonra büdcəyə üçüncü ən çox valyuta qazandırır, lakin onun performansı aşağıdır. Viza rejiminin ləğvi turizmin inkişafına töhfə verəcək.

Malaviyə səfər etmək üçün artıq viza tələb olunmayacaq ölkələr arasında Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin, eləcə də Cənubi Afrika İnkişaf Birliyinin üzvü olan ölkələr var.

Yusif EYVAZLI