Sırski Zelenskiyə yeni müavinlərinin namizədliyini təqdim etdi

 23:47 09.02.2024     211

Ukrayna Silahlı Qüvvələrinin yeni Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenskiyə müavinlərinin namizədliyini təqdim edib.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, onların təyinatı ilə bağlı sərəncamlar tezliklə imzalanacaq.

“Bu gün Ali Baş Komandan Sırski müavinliyə namizədləri müəyyənləşdirdi və mən müvafiq fərmanları imzalayacağam”, - deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti V.Zelenski fevralın 8-də Valeri Zalujnının yerinə Sırskini baş komandan təyin edib. 

Turan İSMAYIL