Rusiyada qəzaya uğrayan helikopterin bütün heyət üzvlərinin meyitləri aşkarlandı
Rusiya Federasiyasının Kareliya Respublikasında qəzaya uğrayan Mi-8 helikopterinin hər üç ekipaj üzvünün meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Cinayət işi çərçivəsində müstəntiq 2024-cü il fevralın 4-də Kareliya Respublikasında qəzaya uğrayan Oneqa gölünün dibindən qaldırılmış helikopterə baxış keçirib. Hər üç ekipaj üzvünün meyiti aşkar edilib", - mətbuat xidməti bildirib.
İstintaq Komitəsi əlavə edib ki, məhkəmə-tibbi və uçuş-texniki ekspertizalar təyin edilib. Bundan əlavə, zərərçəkmiş kimi tanınanların yaxınları dindirilib. Ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi) ilə cinayət işinin istintaqı davam etdirilir. (report)