“Aİ kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”
“Avropa İttifaqı (Aİ) kifayət qədər güclü deyil ki, Rusiya onu ciddi qəbul etsin”.
Redaktor.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
“Bu, güvən məsələsi deyil, bizim problemimiz güc çatışmazlığıdır. Biz avropalılar o qədər güclü deyilik ki, rusiyalılar bizi ciddi qəbul etsinlər. Bu, hakimiyyət ətrafında bir oyundur”, - Orban deyib.
Onun sözlərinə görə, Aİ daha inamlı mövqe tutmalı, güc nümayiş etdirməli və hər iki tərəfin maraqlarını başa düşməyə qadir olduğunu sübut etməlidir:
“Yalnız bundan sonra hansısa razılaşma axtarışı mərhələsinə keçmək mümkün olacaq”.